Medianews.az
İstanbul küçəsinə erməni əsilli aktyorun adı verildi
882 baxış

İstanbul küçəsinə erməni əsilli aktyorun adı verildi

Nubar-Terziyan-1 Erməni əsilli Nubar Terziyan 1909-cü ildə İstanbulda anadan olub. O, Türkiyədə bir çox filmlərə çəkilib. 1994-cü ildə dünyasını dəyişən aktyor erməni olduğunu heç vaxt gizlətməyib.

Vaxtilə yaşadığı küçəyə Nubar Terziyanın adının verilməsi təklifini Böyükdərə Surp Hristimyans kilsəsisinin idarə heyəti irəli sürmüşdü. Lakin Böyükşəhər Bələdiyyəsi rədd cavabı vermişdi. 

Bundan sonra bu istiqamətdə işlər davam edib, vətəndaşlardan imza toplanılaraq, təzədən müraciət edilib. Böyükşəhər bələdiyyəsi təklifi qəbul edib. 

Küçənin rəsmi açılışı yaxın günlərdə olacaq.

Bizə qoşulun