Erməni politoloq münaqişənin yeni mərhələyə keçdiyini deyir
Dağlıq Qarabağ münaqişəsi indi yeni mərhələyə keçir. Hər iki tərəfdən də yeni insidentlər, gərginlik gözlənilir.
ANS PRESS-in məlumatına görə, bunu Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib. O, Azərbaycan tərəfinin erməni helikopterinin vurmasından sonra vəziyyətin dəyişdiyini deyib. Politoloq bununla yanaşı Qarabağda genişmiqyaslı əməliyyatlar gözləmədiyini də bildirib. .
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.