Müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova həyat yoldaşından danışıb.
Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan vizajist həyat yoldaşı Ruslan Sanıyevin ilk evliliyindən bəhs edib:
“Qızlarımıza demək istəyirəm ki, ayrılmış kişi ilə ailə qurmaqdan qorxmayın. Mən də 20 yaşında buna pis baxırdım. Bir gün qarşında elə insan dayanar ki, bu sözləri unudarsan. Ayrılığa birtərəfli baxmaq olmaz. Bizdə bir deyim var: yaxşı kişi birinciyə sahib çıxmırsa, ikincini də elə edər. Mən ona gözümü yumub getmədim. Son bir ilini araşdırdım. 34 yaşımda ailə qurdum. Əgər bunu ailə xətrinə etsəydim, 25 yaşımda ərə gedərdim. Qarşımda kimlər olub… Məqsədyönlü ailə qursaydım, bu günə kimi 3 dəfə ərə getmişdim. Həyat yoldaşımın birinci ailəsinin dağılmağı mənim üçün məsuliyyət idi. Oğlanı günahlandırdılar. Araşdırdım, gördüm ki, hər şeyi təkcə oğlanın üstünə atmaq olmaz. Qadın kişisinə sahib çıxmalıdır. Demirəm ki, övlad varsa, kişi dəlidirsə, içirsə, yenə də özünü “şəhid etməlisən”. Sadəcə, qadın razılığa getməyi bacarmalıdır. Həyat yoldaşımın üstünlükləri çox idi deyə, onu qəbul etdim. Bir insan atanın qayğısına qalırsa, o, pis ola bilməz. Bəzi şeylər var ki, qadın ona göz yummalıdır. Kişini evdən didərgin salmaq olmaz. O da mənimlə 37 yaşında ailə qurdu, gözəl tərbiyəyə sahib biridir. Onu zəhmətkeş insan kimi tanımışam. Mənim heç nəyə ehtiyacım yoxdur. Bu həyatda hörmət edib, dərdləşəcəyim, mənimlə qəbrə qədər gedəcək birinə ehtiyacım var idi. Onu da tapdım”.
Qeyd edək ki, N.İbrahimova ötən ilin oktyabrında R.Sanıyevlə nikah masasına oturub.