8

“Çox sevinirəm”.

Ən titullu idmançı statusunu qoruyan Eduard Məmmədov 20-ci dəfə dünya çempionu tituluna sahib olmaq üçün İtaliyaya yollanmışdı.

Publika.az  xəbər verir ki, idmançımız növbəti çempionluğu yaşayıb.

20-ci dəfə dünya çempionu adına layiq görülüb. Eduard Məmmədov İtaliyanın Toskana şəhərində baş tutan WKA versiya üzrə dünya çempionatda (Unified World Championships) rəqiblərindən üstün olmağı bacarıb.

Məmmədov qələbəsi ilə bağlı belə danışdı: “20-ci dəfə dünya çempionu olduğum üçün çox sevinirəm. Kikboks üzrə 60 kq-da “lou-kik” (low-kick) stilində döyüşürdüm. Braziliyalı, ispan və finalda ukraynalı rəqiblərimə qalib gələrək növbəti çempionluğu əldə etdim”.

8