Medianews.az
Yaponiyada 31 nəfər küldə yanaraq öldü ... (video)
247 baxış

Yaponiyada 31 nəfər küldə yanaraq öldü ... (video)

514356_450547  

FaktXəbər-in verdiyi məlumata görə, xilasedicilər Ontake vulkanının püskürməsindən sonra itkin düşən 31 alpinistin cəsədini tapıblar. Məlumata görə, onların əksəriyyəti dizə qədər hündürlükdə kül qatının içində yanaraq ölüb.

İlkin baxışdan sonra  alpinistlərin  ürəklərinin döyünmədiyi və nəfəslərinin dayandığı görünüb. Lakin Yaponiya qanunlarına görə ancaq tibbi müayinədən sonra rəsmi məlumat verilir.

Qeyd edək ki, təbii fəlakət zamanı Ontakedə olan 250 nəfər turist və alpinistin çoxu evakuasiya edilib.

Şahidlərin sözlərinə görə vulkan daşları  dolu kimi yağırdı: «Nəfəs almaq çox çətin idi. Biz üzümüzü dəsmalla örtmüşdük. Gözləri açmaq mümkün deyildi».

Digər şahidin sözlərinə görə, vulkan külü o qədər sürətlə hərəkət edirdi ki, qaça bilmirdi:«Orada olanlara görə çox narahatam»

Məlumata görə, 50 nəfər  vulkan qayalıqlarında gecələməli olub.

Bizə qoşulun