Onların fikrincə qız əməlinə görə cəza alıb.
Sarışın qızın sevgilisi tərəfindən internetdə yayılan çılpaq şəkilləri internet-ictimaiyyəti lərzəyə gətirib.
Fotonu oğlanın və beş dostunun azyaşlını niyə zorladıqları barədə əhvalat müşayiət edir. Bu əhvalata əsaslanaraq Novosibirsk vilayətinin hüquq-mühafizə orqanları cinayət işi açaraq şübhəli bilinənlərin axtarışına başlayıb.
Oxu.Az LifeNews-a istinadən bildirir ki, Alina N. Novosibirskə təhsil almağa gəlib. Həmin gün o, öz sevgilisi ilə cavanların spirtli içki içmək üçün yığışdıqları bir məclisə düşüb. Cütlükdən başqa burada daha beş oğlan olub.
Maksim araq dalınca gedib, qayıdanda isə rəfiqəsinin onun dostlarından birinə intim xidmət göstərdiyini görüb, – sosial şəbəkələrdə şəkli yerləşdirənlərin öz versiyaları var – qız spirtli içkilərdən sonra özünü itirdikdə sevgilisi ondan intiqam almaq fikrinə düşüb.
Öncə oğlanlar onu soyunduraraq əllərinə düşən əşyalarla zorlayıblar, alışqan, hətta araq şüşəsi ilə. Sonra isə növbə ilə onunla cinsi əlaqəyə giriblər. Alinanın şəkillərini çəkdikdən sonra isə onu geyindirib binanın girişinə atıblar. Sonra isə tələbə qızı rüsvay etmək məqsədi ilə onun şəkillərini “Tvitter”, “Vkontakte” və digər sosial şəbəkələrdə paylaşmağı qərara alıblar.
Əhvalat güclü rezonans doğurub. İnternet-istifadəçiləri iki cəbhəyə bölünüblər – bəziləri qıza yazıqları gəlir və oğlanları qınayırdılar (“V kontakte”də hətta Rape is rape (“Təcavüz elə təcavüzdür”) adlı qrup belə yaranıb), digər cəbhə isə qızın layiq olduğu cəzanı almasını düşünür. İnternet şəbəkəyə düşən şəkillərə hüquq-mühafizə orqanları da diqqət yetirib.
“Fakt üzrə cinayət işi açılıb, şübhəlilər axtarılır, – RF Novosibirsk üzrə İstintaq idarəsində bildiriblər – baş verənlərin şərtləri aydınlaşdırılır”.
Alinanın valideynləri Novosibirskə yola düşüblər. Qızın sosial şəbəkədə olan səhifəsində isə bu gün “Hər şey bumeranq kimi geri qayıdır” yazısı peyda olub.