Medianews.az
Girovun həyat yoldaşı İŞİD-ə müraciət etdi - VİDEO
359 baxış

Girovun həyat yoldaşı İŞİD-ə müraciət etdi - VİDEO

342793_450237

FaktXəbər-in verdiyi məlumata görə, Suriyada İŞİD-çilər tərəfindən əsir götürülən Alan Henninqin həyat yoldaşı  ekstremistlərə müraciət edərək, ərinin azad olmasını xahiş edib.

Britaniya XİN tərəfindən yayılan müraciətdə, Mançestrdə sabiq taksi sürücüsünün  xanımı öz həyat yoldaşını sülhsevər bir insan adlandırıb və girov götürən şəxslərdən «öz ürəklərini dinləyərək», onu azad etməsini istəyib. Barbara bundan əvvəl də, terrorçulara müraciət göndərdiyini, yalnız heç bir cavab almadığını bəyan etmişdi.

Qeyd edək ki, Suriyaya humanitar  missiya üçün göndərilən Alan Henninq ötən ilin dekabrında İŞİD-çilər tərəfindən girov götürülmüşdü.

Bir neçə gün öncə, internetdə yayılan videorolikdə terroristlər onun növbəti qurban ola biləcəyini açıqlayıblar.

Bizə qoşulun