QOÇ -
( Mart 21 – Aprel 20 )
( Mart 21 – Aprel 20 )Çağrılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.
ƏKİZLƏR -
(May 21- İyun 21)
(May 21- İyun 21)Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
XƏRÇƏNG -
(İyun 22 – İyul 22)
(İyun 22 – İyul 22)Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.
QIZ -
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.
TƏRƏZİ -
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.
OXATAN -
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.
OĞLAQ -
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)İmkan daxilində bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin.
SUTÖKƏN -
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.
BALIQLAR -
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.