Medianews.az
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iki prorektoru vəzifəsindən azad olunub
396 baxış

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iki prorektoru vəzifəsindən azad olunub

fereheliyev_re_ktor
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir neçə vəzifəli şəxsi işdən azad olunub. “Media forum” saytının məlumatına görə, rektor Fərəh Əliyevanın əmrinə əsasən, Maral Manafova elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsindən, Həmid Məhərrəmov isə inzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsindən çıxarılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muzeyinin direktoru və universitetin kulturologiya kafedrasının müdiri İlqar Hüseynov, rejissor sənəti fakültəsinin dekanı Xaləddin Sofiyev və kadrlar şöbəsinin müdiri Sədaqət Əlixanova da tutduqları vəzifələrdən azad olunublar.
Adıçəkilən şəxslər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətlərini davam etdirəcəklər.
Vakant qalan yerlərə hələlik yeni təyinatlar olmayıb.
Fərəh Əliyeva bu il mayın 2-dən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

Bizə qoşulun