Medianews.az
Messidən Qəzza ilə bağlı ÖZƏL İSTƏK
296 baxış

Messidən Qəzza ilə bağlı ÖZƏL İSTƏK

messi

“Barselona” və “Argentina” millisinin hücumçusu Qəzza sektorunda yaşayan uşaqların hüquqlarının müdafiəsini təmin etməyə çağırıb.

Bu barədə AzVision.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir. “Bu mənasız ölümləri dayandırın. Bu müharibədən ən çox uşaqlar əziyyət çəkir” – deyə, “Barselona”nın ulduz oyunçusu bildirib. Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1800-ü keçib. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Bizə qoşulun