Medianews.az
Daha bir jurnalistin övladı balkondan düşərək öldü
930 baxış

Daha bir jurnalistin övladı balkondan düşərək öldü

76807 “Şərq qəzeti”nin əməkdaşı, jurnalist Anar Bayramoğlunun ailəsinə ağır itki üz verib. Belə ki, onun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin həmkarı Əzizə İsmayılova şəxsi facebook səhifəsində yazıb: “İndicə aldığım xəbərdən ŞOK oldum. Jurnalist dostum, "Şərq qəzeti"ndə il yarım çörək kəsdiyim, Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib.. Nə deyim, ay Anar, nə deyim ki, təsəlli olsun?!.. Məkanı cənnət olsun deyim-zatən cənnətlikdir.. Aman Allahım, niyə belə? Axı o körpənin günahı nə idi? . Anar, necə çox istəyirdi qızını..Nəfəs alırdı onunla..Torpaq apardı..” Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi. Allah rəhmət eləsin!

Bizə qoşulun