Medianews.az
Hərbçilər yol qəzasına düşdü- ölən və yaralananlar var
318 baxış

Hərbçilər yol qəzasına düşdü- ölən və yaralananlar var

images_qeza-jiquli Bu gecə Bakı-Qazax magistralının 418-ci km-də - Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəzası baş verib.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, içərisində hərbçilərin olduğu "BMW" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.
Qəza zamanı "VAZ 2107"-nin sürücüsü 63 yaşlı Allahverən Həsənov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi hospitala aparılıblar. Mülki şəxsin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun