QOÇ -

Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.
ƏKİZLƏR -
(May 21- İyun 21)
(May 21- İyun 21) Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təqvimdən etibarən start götürəcək.
XƏRÇƏNG -
-(İyun 22 – İyul 22)
-(İyun 22 – İyul 22)Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.
QIZ -
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)Qarşınızda duran bu təqvim sizə xoş ovqat bəxş edəcək. Hər hansı xoşagəlməzliyi ağlınıza gətirməyin. Ailə üzvlərinizə, sevdiyiniz adamlara qarşı mülayim olun. İnsanları dəyərləndirin.
TƏRƏZİ -
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.
OXATAN -
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə fikir verin, ayırma ovqatından qaçın.
OĞLAQ -
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemləri həlledilməz hesab etməyin.
SUTÖKƏN –
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)Bütün diqqətinizi səhhətlə bağlı problemlərin həllinə yönəldin. Bu amilə məsuliyyətlə yanaşsanız, ciddi çətinlikləriniz olmayacaq. Axşam saatlarında simsarlarınıza baş çəkin.
BALIQLAR -
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun astanasındasınız.