Medianews.az
Lerikli 109 yaşlı Söhbət kişi Rusiya telekanalında - VİDEO
1,251 baxış

Lerikli 109 yaşlı Söhbət kişi Rusiya telekanalında - VİDEO

kisi lerik fd Azərbaycanda uzunömürlülük məskəni müəyyən edildi. Oxu.Az-ın “MİR 24”-ə istinadla xəbərinə görə, ekspertlər hesablayıblar ki, uzunömürlülərin sayına görə Lerik rayonu birinci yerdədir. Burada yaşı yüzü keçmiş onlarla insanın sənədləri saxlanılan, dünyada yeganə olan muzey yerləşir. Uzunömürlülük sirləri haqqında rayonun uzunömürlülərindən biri – Söhbət Fərziyev danışır. Onun 109 yaşı var, amma elə bil yaşını hiss etmir. Ev işlərini kömək olmadan yerinə yetirir. “Mən bir yerdə otura bilmirəm, mütləq nə isə eləməliyəm. Odun doğrayanda adamın gücü artır. Siz inanmayacaqsınız, amma özümü cavan hiss edirəm” –  o deyib. Təəccüblüdür, amma ahıl yaşına baxmayaraq, kiçik oğluna ev tikməyə yardım edir. Malanı qarışdırır, cavanlara bu işi etibar edə bilmir. Söhbət Fərziyev Böyük Vətən Müharibəsi veteranıdır, “İgidliyə görə” medalı ilə təltif edilib. Müharibədən sonra təqaüdə qədər veterinar kimi çalışıb. Əməyinə görə dövlət ona 800 dollara yaxın təqaüd verir. Bütün pullarını ailəsinə xərcləyir. Onun 16 uşağı, 48 nəvəsi və 32 nəticəsi var. Lerik rayonu uzunömürlülük üzrə liderlik edir. Burada xüsusi muzey fəaliyyət göstərir, bu muzeydə uzunömürlü rekordsmenlər haqqında materiallar saxlanılır. Məsələn, Şirəli Müslümov. O, Barzavu kəndində anadan olub, 168 yaşında vəfat edib. Uzunömürlünün adı Rusiya, MDB və Baltikanın rekordlar kitabına düşüb. Muzeyin direktoru Dilarə Fətullayeva: “Möhkəm sağlamlığın sirri bizim mineral suyumuzdadır. Lerik sakinləri onu hər gün içirlər, ona görə də onlar belə sağlamdırlar”. Bu gün Lerikdə təxminən 80 yaşdan yuxarı yaşı olan 1000 adam var. Sakinlərin uzunömürlülüyünün sirri bu diyarın əsrarəngiz təbiətindədir.

Bizə qoşulun