nissan

Avtomobilin “təmizliyinin” sirri – innovasiyalı rəngləmə texnologiyasındadır.

Yaponiyanın Nissan avtokonserni dünyada özünü yumağa qadir ilk maşının prototipini təqdim edib.

Bu effektə çirkabı lak-boyaq örtüyünə yapışmağa qoymayan xüsusi nano-rəngin köməyi ilə nail olunub.

İnnovasiyalı texnologiyanın tətbiq olunduğu ilk avtomobil Note modelidir. Belə xüsusi rəngin qiymətinin təxminən 750 ABŞ dolları olacağı gözlənilir.

“Nissan Note yuyulmağa ehtiyacı olmayan ilk avtomobildir. Nissan çirki, yağışı və digər gündəlik çirkabları qəbul etməyən innovasiyalı rəngləmə texnologiyasının sınaqlarına başlayıb”, – deyə, konsernin nümayəndəsi vurğulayıb.

Oxu.az