Oqtay Haqverdiyev: “Rusiya neft və atom bombasına sahib olduğuna görə dünyada söz sahibidir”
Rusiyanın Krımla bağlı məlum siyasətindən sonra dünya iqtisadiyyatının ən mühüm mövzularında biri ABŞ və Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq ediləcək iqtisadi sanksiyalarla bağlı oldu. Lakin maraqlı olan budur ki, qüvvəyə minəcək bu sanksiyalar dünya iqtisadiyyatına nə kimi təsir göstərəcək?
Digər tərəfdən Rusiyanın ərazi baxımından kifayət qədər böyük bir ölkə olduğunu nəzərə alsaq, tətbiq ediləcək iqtisadi sanksiyalar Azərbaycan kimi kiçik postsovet ölkələrində özünü necə göstərəcək?
FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, dünyada Rusiyanın payı cəmi 2%-dir.
Amerikanın 24%, Avropa ölkələrinin isə 36% iqtisadi paya sahib çıxdığını söyləyən ekspert, “Rusiya hal-hazırda əsasən neft və atom bombası sahib olduğuna görə dünyada söz sahibidir. Sözügedən amildən istifadə edən ruslar dünyadakı problemlərin həllinə çalışırlar. Halbuki rusların dünya iqtisadiyyatına o qədər də ciddi təsiri yoxdur”, – deyə bildirdi: “Təbii ki, Rusiya neftinə qarşı tətbiq ediləcək sanksiya Avropanı enerjisiz qoyacaq. Lakin alternativ variantlar axtarıb tapmağa çalışacaqlar. Eyni halda Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların postsovet ölkələrinə, xüsusilə Azərbaycana elə də ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanın idxalının 92%-i neftdir və iqtisadi əlaqələrinin böyük bir hissəsi Qərb ölkələri ilədir.“