QOÇ -
( Mart 21 – Aprel 20 )
( Mart 21 – Aprel 20 )Bir neçə əlamətdar hadisə gözlənilir. Ələlxüsus da qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə dəyişə bilər. Əgər Bayramdan daha çox zövq almaq istəyirsinizsə, səfərə çıxın.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)Yeni Zodiak dövrünün başlanması potensial enerjinizi artıracaq. Bu səbəbdən də qarşınıza qoyduğunuz planları reallaşdırma yolları haqqında düşünməlisiniz. Bayrama sidq-ürəklə hazırlaşın.
ƏKİZLƏR -
(May 21- İyun 21)
(May 21- İyun 21)Göy qübbəsinə inansaq, ixtiyarınızda olan bu gözəl gündə yeni dostlar qazanacaq, maraqlı hadisələrin şahidi olacaqsınız. Amma mübahisələrə yol verməməli, uzaq yola çıxmamalısınız.
XƏRÇƏNG -
-(İyun 22 – İyul 22)
-(İyun 22 – İyul 22)Şəxsi münasibətlərdəki soyuqluğu aradan qaldırın. Unutmayın ki, Novruzun müqəddəsliyi umu-küsüləri silib aparmağındadır. Bundan yararlanın. Bu gün təzə xəbər də eşidəcəksiniz.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Astroloji göstəricilər bu ərəfədə əksər proseslərin xeyrinizə cərəyan edəcəyini bildirir. Bir də ki, axşam öz ünürünüz başlayır və dərhal ovqatınızda yüksəliş olacaq. Çozlarından enerjili olacaqsınız.
QIZ -
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)Yaxşı olar ki, bu ərəfədə dini ayinlərə əməl edəsiniz. Müqəddəs ziyarətgahlara getmək də səmərəlidir. İnsanlara xeyirxahlıq göstərin. Bu arada dilinizdən yalnız xoş sözlər çıxmalıdır.
TƏRƏZİ -
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Ulduzların düzümü çoxsaylı səfər və qonaqlıqlarda iştirakınızın labüdlüyündən xəbər verir. Sevdiyiniz adamların ətrafında olmaqla daxili sıxıntılarınızı aradan qaldıra bilərsiniz.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Planetinizin idarə etdiyi bu təqvimdə uğurlarınız kifayət qədər artacaq. Uzaqda yaşayan doğmalarınızdan isə xüsusi sayqı görəcəksiniz. Maliyyə məsələləri də qismən qaydasına düşəcək.
OXATAN -
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Qarşınızda olduqca səmərəli sövdələşmələr durur. İstənilən danışıqda təşəbbüskarlığı ələ ala bilsəniz, gələcək perspektivlərinizə yaxınlaşacaqsınız. Axşama doğru uzaq yola çıxmaq da olar.
OĞLAQ -
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)Planetlərin yerdəyişməsinə təsadüf edən bu tarixdə şəxsi büdcənizdə bəzi problemlər ola bilər. Mövcud situasiyalardan təkbaşına qurtula bilməsəniz, etibarlı insanlara müraciət edin.
SUTÖKƏN -
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)Səbrsizlik etməyə lüzum yoxdur. Əksinə, əzmkarlığınızı artırmaqla çox şeyə nail ola bilərsiniz. Bayram münasibətilə özünüzə xoş şeylər arzulayın. Ailə-sevgi münasibətlərinə həssas yanaşın.
BALIQLAR -
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Bu təqvimi səmərəli şəkildə keçirmək üçün ətrafınızdakılarla səmimi davranın. Maraqlı səfərlər də yolunuzu gözləyir. Ötən günlərdə baş qaldıran maddi sıxıntılarınız azalacaq.