( Mart 21 – Aprel 20 ) QOÇ –
Fevralın gəlişi daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür.
(Aprel 21 – May 20) BUĞA –
2014-cü ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu elə ilk gündən özünüz də hiss edəcəksiniz. Xüsusən də günortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.
(May 21- İyun 21) ƏKİZLƏR –
Ulduzların düzümü fevralın elə ilk təqvimindəcə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədərsə maksimum ehtiyatlı olmalısınız.
(İyun 22 – İyul 22) XƏRÇƏNG -http://s020.radikal.ru/i717/1402/58/dee3676d53bd.jpg
Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.
(İyul 23 – Avqust 23) ŞİR-
Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt tapsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.
(Avqust 24 – Sentyabr 23) QIZ –
Bu qısa ay şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günsə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlardan ehtiyatlı davranmalısınız. Səfərə çıxmayın.
(Sentyabr 24 – Oktyabr 23) TƏRƏZİ –
Fevralın bu ilk təqvimi sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.
(Oktyabr 24 – Noyabr 22) ƏQRƏB –
Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin. Axşam evə tez gedin.
(Noyabr 23 – Dekabr 21) OXATAN –
Sağlıq durumunuz imkan versə, bu təqvimi bütünlüklə istirahətə həsr edin. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.
(Dekabr 22 – Yanvar 20) OĞLAQ –
Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.
(Yanvar 21 – Fevral 19) DOLÇA–
Maliyyə problemlərinizin artdığı bir ərəfədə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşamsa qonaq getmək üçün şansınız yaranacaq.
(Fevral 20 – Mart 20) BALIQLAR –
Səhər saat 08:44-də bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.