Türkiyənin Aydın vilayətində sürücülük məktəbinin müəllimi Aysu Öncelin idarə etdiyi avtomobil yolun ortasındakı dəmir arakəsməyə çırpıb.
Medianews.az xəbər verir ki, qəza zamanı maşında olan 26 yaşlı Tuğçe Aydın ağır yaralanıb, sürücü Aysu Öncel isə hadisə yerində ölüb.
Ağır yaralanan Tuğçe Aydın müalicə aldığı xəstəxanada 20 gün sonra həyatını itirib. Qəzada yaralanan digər iki nəfərin isə vəziyyətinin yaxşı olduğu bildirilib.
Tuğçe Aydının cənazəsi dünən Dənizlidə torpağa tapşırılıb.
Medianews.az