Türkiyənin Kayseri şəhərində yaşayan sosial media fenomeni “Gəzən Adam” ləqəbli Neşet Turan CZN Burak ilə görüşmək üçün Kayseridən İstanbula piyada getməyə qərar verib.
Medianews.az xəbər verir ki, Neşet Turan İstanbula gedən zaman qəza nəticəsində həyatını itirib.
CZN Burak hadisə ilə bağlı açıqlamalar verib.
Neşet Turan yol kənarında gedərək sosial mediada canlı yayımda idi. Onu yük maşını vurub. Neşet Turan canlı yayım zamanı yük maşınının vurması nəticəsində dünyasını dəyişib. Turanın CZN Burak ilə görüşmək üçün yola çıxdığı açıqlanıb.
Ölüm xəbərindən sonra CZN Burak-a “sənə görə öldü” kimi yazılan şərhlər qalmaqal yaradıb.
CZN Burak bu şərhlərə səssizliyini pozaraq açıqlama verib: “Neşet qardaşı dünyasını dəyişəndən sonra tanımışam, ölümündən əvvəl onun heç bir videosunu izləməmişəm”.
Medianews.az