Rusiyanın tərkibində olan Kareliya Respublikasında sürücüsüz avtomobil uşağı vurub.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 1-də baş verib.
Hər şey evin həyətində baş verib. Renault Logan avtomobili kortəbii olaraq dayanacaqdan aşağı hərəkət etməyə başlayıb; qəza zamanı sükan arxasında sürücü olmayıb.
Vəziyyətlər müəyyənləşdirilir. Uşağın yaşı məlum deyil. Oğlanın hansı xəsarətlər aldığı barədə də məlumat verilmir.
Medianews.az