Kareliya Respublikasında insult keçirən qadın xəstəxanaya qatarla çatdırılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, xəstəxananın həkimi Veronika Tixonovanın dediyinə görə, buna səbəb qəsəbəyə yolun olmaması olub.
“Şueretskoye kəndində insult keçirmiş bir xəstəni götürməyə getdik. Orada qatara mindik. Pasiyentlə elektrovozla qayıtmalı olduq. Bizi qatarın özünə buraxmadılar”, – deyə həkim bildirib.
Xəstə və həkimlər yerli sakinin sayəsində qatara minə biliblər. Kişi xəstəni stansiyaya aparıb və həkimlərə qadını qatara yerləşdirməyə kömək edib.
Tixonova qeyd edib ki, kəndə yol yoxdur.
Medianews.az