Rusiyanın Yekaterinburq vilayətində bir ailə övladlığa götürülmüş beş uşağı döyməkdə ittiham olunub.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, beş bacı və qardaş təxminən üç ildir himayədar ailədə yaşayırlar.
Onlar 20 yaşlı böyük bacılarına hər şeyin yaxşı olduğunu deyirdilər. Lakin bu yaxınlarda iki uşaq baclarının yanına qaçaraq övladlığa götürən valideynlərinin onlara lağ edirlər.
Onların böyük bacısının sözlərinə görə, qəyyumlar azyaşlıları qorxudublar.
“Onları döyüblər. Uşaqlar ailəyə qəbul edildikdən bir neçə ay sonra onların qəyyumları onları sistemli şəkildə döyməyə başlayıblar. Evdə kameralar var, icazəsiz soyuducudan yemək götürmək qadağandır, qızın saçını öz iradəsinə zidd olaraq qısaldıblar” deyə izahat verib.
Qız polis və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorla əlaqə saxlayıb. Ona uşaqları dərhal ailədən çıxaracağı vəd edilib. Qız vurğulayıb ki, onun özünün 5 azyaşlı uşağı təmin etmək imkanı yoxdur – o, uşaq evinin məzunudur və mənzil növbəsindədir.
Medianews.az