ABŞ-da aparılan bir araşdırmada elektron siqaretdən istifadə edən yeniyetmələrin qurğuşun və urana məruz qalma riski barədə xəbərdarlıq edilib.
Medianews.az xəbər verir ki, son analizlərdə elektron siqaretdən istifadə edən 200 gəncin sidik nümunələrində kadmium, qurğuşun və uran yoxlanılıb.
Test edilən sidik nümunələri göstərib ki, qurğuşun səviyyəsi elektron siqaretdən passiv şəkildə istifadə edən gənclərdə 30 faiz, aktiv istifadə edən gənclərdə isə 40 faiz yüksəkdir. Şirin ləzzətlərə üstünlük verənlərin sidiyindəki uran səviyyəsinin mentol/nanə ləzzətlərinə üstünlük verənlərə görə yüzdə 90 faiz yüksək olduğu da müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, elektron siqaret alarkən gənclərin 33 faizi mentol, 50 faizi meyvəli, 15 faizi şirin, 2 faizi isə digər ləzzətləri seçir.
“Tobacco Control” jurnalında dərc edilən araşdırmaya görə, 2014-cü ildən bu yana ABŞ-da gənclər arasında nikotin istehlakının aparıcı forması olan elektron siqaretlər 2019-cu ildən etibarən bütün tütün istehlakını üstələyib.
Alimlər 2018-ci ilin dekabrından 2019-cu ilin noyabrına qədər 13-17 yaşlı 1607 gənc üzərində apardıqları araşdırmaya əsaslanaraq, qanda zəhərli metal səviyyəsinin elektron siqaretdən istifadə tezliyi və elektron siqaret aroması ilə əlaqəsi olub-olmadığını araşdırıblar.
Medianews.az