Medianews.az
Azərbaycanın seks-simvolu dirildi və şou-biznesi təhqir etdi - (Foto - Video)
1,213 baxış

Azərbaycanın seks-simvolu dirildi və şou-biznesi təhqir etdi - (Foto - Video)

“Məni həyat yoldaşım o çirkabdan, yəni Azərbaycan şou-biznesindən çəkib çıxartdı” 

Ölüm xəbəri yayılan müğənni Bagira üzə çıxıb.

ANS TV-nin “Adam içində” verilişinə telefon vasitəsi ilə qoşulub. Müğənni 4 ildir İstanbulda yaşadığını bildirb: “Mən ölməmişəm, sağ-salamatam. Ailə həyatı qurmuşam və 4 ildir İstanbulda yaşayıram. Hər kəsin həyatında səhvləri olur. Bir vaxtlar mən də həyatımda səhvlər eləmişəm. Ancaq məni həyat yoldaşım o çirkabdan yəni Azərbaycan şou-biznesindən çəkib çıxartdı”. 

Xatırladaq ki, bu ilin aprel ayında ANS PRESS-ə açıqlamasında, “Min oyundan çıxan sənət adamları ərə gedirlər, ər də başlarına and içir, mən niyə getməyim ki?” deyən, pornoqrafik şəkilləri ilə məşhur olan müğənni Bagira ərə gedib. Hələ ötən ilin əvvəlində müsahibələrinin birində “Bu yaxınlarda şok xəbər verəcəm. Mən şok yaratmağı bacaran xanımam”, deyə müğənni xəbərdarlıq etmişdi. Bagira sözünün üstündə durdu və bu xəbərlə bizdə şok yarada bildi.

Onu da qeyd edək ki, nə qədər qəribə olsa da, müğənni ötən il çılpaq şəkillərini yayımladığına görə, google.az axtarış sistemini məhkəməyə verməyə hazırlaşırdı və bir neçə gün əvvəl Bagiranın dünyasını dəyişməsi haqda xəbəri yayıldı. Xəbərdə bildirilirdi ki, əsl adı Aynurə olan müğənni QİÇS xəstəliyinə tutulub və bu üzdən də vəfat edib. 

 

 

http://youtu.be/EE_RDA7Jyio

Bizə qoşulun