Medianews.az
Seks və yaş - FOTOLAR
473 baxış

Seks və yaş - FOTOLAR

 
Britaniyada keçirilmiş bir elmi tədqiqat isbat edib ki, müntəzəm seksual fəaliyyət qocalığı 7 il ləngidə bilər.
 
Edinburq Kral Xəstəxanasının keçmiş başçısı doktor Deyvid Uiks bildirib ki, adamlar, ələlxüsus da orta yaşlarda, sağlam seksual əlaqələrin faydasından xəbərdar olmalıdırlar.
 
O deyib ki, buna səbəb cinsi əlaqə zamanı orqanizmdə istehsal olunan endorfin maddəsidir.
 
Endorfin iki sözün birləşməsindən yaradılıb: endogenous  və  morphine. Bu, narkotik maddə kimi tanıdığımız morfi deyil, lakin xüsusiyyətcə onu xatırladır.
 
Bu maddə təbii ağrıkəsici kimi təsir göstərir, narahatlığı aradan qaldıraraq rahat yuxu verir.
 
Lakin əsas xüsusiyyət bundan ibarətdir ki, endofrin həmçinin insanın dərisinə elastiklik verən hormonların ayrılmasını sürətləndirir.
 
Bu isə təbii ki, dərini və insanı cavan saxlayır. 
 
Doktor Uiksin fikrincə, seks qadınların və kişilərin 5 ildən 7 ilədək daha gənc görünməsinə səbəb olur.
 
“Sevişmək – gənclik deməkdir” – söyləyir doktor.
 
O bildirir ki, seksual baxımdan təminatlı olmaq insanın həyata bağlılığını artırır.
 
59 yaşlı Deyvid Uiks Britaniya Psixoloji Cəmiyyətində etdiyi çıxışında apardığı tədqiqatdan söz açıb.
 
O deyib ki, qadınlar və kişilər arasında sorğu aparıb və sorğu nəticəsində bu qənaətə gəlib ki, yaşından cavan görünənlər başqalarına nisbətən 50 faiz daha çox seks həyatı yaşadıqlarını bildiriblər. 
 
Bu,  40-50 yaşlar arasında həftədə üç dəfə seks deməkdir.
 
Doktor Uiksin bu tapıntısından əvvəl də bilinirdi ki, müntəzəm seks, erkən ölümlərin qarşısını alır.
 
 
 
 

Bizə qoşulun