
Məşhur müğənni Castin Timberleykin yeni sinqlı "Tunnel Vision"un klipi Youtube tərəfindən qadağan edilib.Kariyerasına müğənni olaraq addım atan, lakin sonradan aktyorluqla davam edən Castin Timberleyk 6 il fasilədən sonra yeni albomuyla musiqiyə geri dönüb. Müğənni musiqiyə ara verdiyi müddətdə bir sıra filmlərdə rol alıb. Kariyarası boyunca 6 "Grammy" və 4 "Emmy" mükafatı qazanıb. İyun ayında yayımlanmağa başlayan "Tunnel Vision" klipinin iə çılpaqlıqla əlaqədar qaydaları pozduğu səbəbiylə qadağan olduğu ifadə edilib. Xatırladaq ki, Timberleyk çılpaq manekenlərin rol aldığı klipinin ilk dəfə "Youtube"da yayımlanacağını bildirmişdi.