
Erməni jurnalistləri “Vəzirovun bağı”ndan məşhur Ağdam həbsxanasına qədər işğal olunmuş şəhərimizdən repeortaj hazlrlayıb
“Aravot” qəzetinin əməkdaşı Lusine Budaqyan Dağlıq Qarabağa gələn turistlərlə birlikdə işğal altındakı Ağdan rayonunu gəzib. Turistlərin Ermənistandan, yaxud da xarici ölkədən olduğu qeyd olunmur. Bələdçi onları “Vəzirovun bağı” ilə tanış edib.
Budaqyan yazır ki, “Vəzirovun bağı”nda yerləşən tikinti zahirən müharibədən zərər çəkməyib. Keçmiş hökumət bağı Ağdam şəhərinin bir neçə kilometrliyində yerləşir. Yerli sakinlərin sözlərinə görə, ərazidə zəngin azərbaycanlıların bağları olub. Ancaq bu gün keçmiş Ağdamdan demək olar ki, heç nə qalmayıb. Erməni jurnalist yazır ki, kolluqlar arasından görünən evlərin xarabalıqları burada nə vaxtsa insanların yaşadığını göstərir. O, “DQR” tərəfindən 2010-cu ildə Ağdam adının Akna ilə dəyişdirildiyini xatırladır.
Xankəndidən Ağdərəyə gedən yolun sol tərəf tərəfində isə məşhur Ağdam həbsxanalarının dağıntıları var. “Burada azərbaycanlılar və az sayda ermənilərlə yanaşı başqa milliyyətlərin nümayəndələri də cəza çəkirdi. Sovet vaxtında Ağdam ən kriminal şəhər hesab edilirdi", - turistlərə bələdçilik edən şəxs deyir. O, məşhur Ağdam bazarında hətta quş südünün belə tapmaq mümkün olduğunu, bu bazarın həmçinin silah ticarəti ilə məşhur olduğunu bildirib.
Budaqyan Ağdamda bir neçə on ailənin yaşadığını, onların burada nə elektrik ,nə də təbii qazdan istifadə etdiyini qeyd edir. Yaşlıların sözlərinə görə, atəşkəs əldə olunduqdan sonra qonşu rayonların sakinləri torpağı qazaraq su borularını çıxarıblar, eyni zamanda elektrik xətlərini, telefon kabellərini, bir sözlə, satışa yararlı qiymətləri metalları satıblar. Yazı müəllifi yazır ki, təhlükəli olduğunu əsas gətirən ermənilər Ağdamda yaşamaqdan imtina edirlər. Belə ki, burada minalanmış sahələr var və vaxtaşırı bədbəxt hadisələr baş verir. Hal-hazırda ermənilər Azərbaycanın işğal olunmuş Ağdam rayonunda -“qədim erməni şəhəri” Tiqranakert adlandırdıqları ərazidə qazıntı işləri aparırlar. Xankəndi-Ağdərə yolundakı və bir hissəsi uçurulan körpü isə müharibədən qalan daha bir epizoddur. 1992-ci ildə Azərbaycan ordusunun Ağdərəni azad edən zaman onları bir müddət dayandırmaq üçün körpü ermənilər tərəfindən partladılmışdı.
Budaqyan yazır ki, indi körpü lazımlı deyil, çünki onun altından keçən çayın suyu 20 il ərzində çox dayazlaşıb.


publika.az