Medianews.az
"Bu gecə ölmək istəyirəm, son dəfə özümü ağlamaq istəyirəm..." (VİDEO)
386 baxış

"Bu gecə ölmək istəyirəm, son dəfə özümü ağlamaq istəyirəm..." (VİDEO)

Əməkdar artist Tünzalə Ağayeva "İstəyirəm" adlı mahnısına çəkilmiş klipini təqdim etdi. ANS PRESS-in məlumatına görə, Qənirə Paşayevanın sözlərinə ifaçının özünün bəstələdiyi mahnını gənc klipmeyker Ruslan Ağazadə ekranlaşdırıb. Türkiyədə ərsəyə gələn klip rejissorun müəlliflərə hədiyyəsidir. 

Nakam sevgidən bəhs edən mahnıya çəkilmiş klipin sujet xətti olduqca dramatikdir. Klip boyu gənc qız vaxtsız itirdiyi sevgilisini unutmağa çalışır. Buna nail olmayan qız acılara dayana bilməyərək özünü öldürməyə qərar verir. "Bu gecə ölmək istəyirəm, son dəfə özümü ağlamaq istəyirəm" deyərək canına qıymaq istəyir. Lakin sevgilisinin ruhu yenə də onu rahat buraxmır...

 

 

 

 

 

http://www.youtube.com/watch?v=b7CByc-O09g

Bizə qoşulun