Rusiya Federasiyasının tərkibindəki Buryatiya respublikasında iyunun 23-də itkin düşmüş 10 yaşlı qızın yandırılmış cəsədinin qalıqları aşkarlanıb.
Turuntaevo kəndinin 10 yaşlı sakini Veronika Çerniqovskaya naməlum qatilin qurbanı olub.

O, iyunun 23-də yerli vaxtla saat 12-də nənəsinin yanına yollanaraq ad günü münasibətilə hədiyyə almaq istəyirdi.
Qızın anası Yuliya Çerniqovskayanın dediyinə görə, qızında nə pul, nə də telefon yoxmuş: "Buna görə o, qarət qurbanı ola bilməzdi. Veronika ertəsi gün qayıtmayanda narahat oldum.
Nənəyə zəng vurdum və o dedi ki, qızım yanına gəlməyib".
İyunun 23-dən bəri qızı 50 polis və yerli sakin arayırdı. Qızın cəsədi Peçi adlanan yerdəki meşəlikdə aşkarlanıb.
Polisdən verilən məlumata görə, Veronika tonqalda yandırılıb.
Yerli sakinlərin dediklərinə görə, meşəlik narkomanların "sevimli" yeridir.