Medianews.az
Yeni "Wi-Fi" standartı təsdiq edilib
180 baxış

Yeni "Wi-Fi" standartı təsdiq edilib

 

“Wi-Fi 802.11ac” yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 Gb/s sürətlə ötürməyə imkan verir

“Wi-Fi Alliance” konsorsiumu məhsulların “Wi-Fi 802.11ac” simsiz rabitə standartına uyğun sertifikatlaşdırılmasına başlanıldığını elan edib. Bu isə o deməkdir ki, yeni standart tam təsdiqlənib və kommersiya bazarına çıxışa hazırdır. ANS PRESS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, yeni standart “Wi-Fi” texnologiyasının məntiqi davamdır və məlumatların simsiz ötürülməsinə artmaqda olan tələbata cavab verməlidir. 

“Wi-Fi 802.11ac” yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 giqabit/saniyə sürəti ilə ötürməyə imkan verir ki, bu da “Wi-Fi 802.11”n standartı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu HD formatlı filmləri 4 saniyədən də az vaxtda ötürməyə şərait yaradacaq.

Həmçinin yeni standartda 80 MHz və 160 MHz kanallarından 5 QHz diapazonunda istifadə etmək təklif edilib. 802.11ac qurğularının əksəriyyətinin 802.11n standartının istifadə etdiyi 2,4 QHz dəstəkləyən ikidiapazonlu olacağı gözlənilir. 

Konsorsium nümayəndələri 802.11ac sertifikatlı ilk qurğuların yaxın vaxtlarda satışa çıxarılacağını planlaşdırırlar.

Bizə qoşulun