
70 yaşlı Annet Larkins Amerikanın Florida ştatında yaşayır. Qadın həyat yoldaşı ilə küçədə gəzəndə insanlar onların ata-qız olduqlarını düşünürlər. Halbuki onlar yaşıddırlar.
70 yaşında 30 yaşlı qadın görkəminə sahib olan Annet gözəllik sirrini də açıb. O, evinin arxa bağçasında hər cür tərəvəz əkir. Onun kəskin vegeterian pəhrizi bu yaşda cavan qadın kimi görünməyə imkan yaradıb. O heç vaxt heyvani qida qəbul etmir.
Annet həmçinin içmək üçün və bağçasını sulamaq üçün yağış suyu da toplayır.
Qadının xarici görünüşü kimi, səhhəti də yaxşı vəziyyətdədir. Həmyaşıdı olan əri şəkər xəstəliyindən əziyyət çəkdiyi və dərmanlarla dolandığı bir vaxtda o heç vaxt dərman qəbul etmir.