
Türkiyədə dəhşətli cinayət barədə məhkəmə işi gedir.
Publika.Az-ın məlumatına görə, İzmirdə 2 ay əvvəl evləndiyi 19 yaşlı arvadı Pınar Yolveri döyərək öldürən 28 yaşlı əri Mehmet Yolver və qayınatası Samed Yolver barəsində ömürlük həbs qərarı istənilib. Hadisə isə keçən ilin aprelində baş verib. İki aylıq gəlin olan Pınar evə girdiyi gündən döyülüb.
Həmin gün də əri və qayınatası tərəfindən döyülən Pınar özünə gəlmədiyi üçün xəstəxanaya aparılıb . Lakin əri onu orada ataraq çıxıb gedib. Həkimlərin səylərinə baxmayaraq Pınar həyatını itirib. Əri isə polisə açıqlamasındav “kişiliyimə söz dedi, hirsləndim” deyib.
Hazırda məhkəmə prosesi davam edir.