Medianews.az
“İkimizin yerinə...” albomunun gəliri Silahlı Qüvvələrə bağışlandı
161 baxış

“İkimizin yerinə...” albomunun gəliri Silahlı Qüvvələrə bağışlandı

Sözləri mllət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva aid olan “İkimizin yerinə...” albomunun İyulun 1-də Park Bulvarda (Əli və Nino kitab mağazaları şəbəkəsində) imzalanma mərasimi olacaq. 

 İyulun 1-i saat 19.00 da imzalanma mərasimidə bütün musiqisevərləri gözlədiklərini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva albomun dinləyicilərin xoşuna gələ biləcəyinə ümid etdiyi deyiblər. ... mahnının yer aldığı albomdakı əsərlərin böyük bir hissəsi Tünzalə Ağayevanın ifasındadır. Albomun adı verilən mahnı isə sənətçi Elnur... ifa olunub. Bu albom mllət vəkili Qənirə Paşayevaya və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevanın üzün illərə söykənən dostluq və işbirliyinin nəticəsi olaraq ortaya çıxıb və mahnıların bir çoxu artıq neçə illərdir tünzalə xanımın ifasında insanlar tərəfindən sevilməkdə davam edir.

 “ İkimizin yerinə...” albomunun onların hər ikisi üçün çox əziz olduğunu deyən Qənirə Paşayeva və Tünzalə Ağayeva dinləyicilər bu albomda bir çox şeylər tapacaqlar deyirlər. Onlar bu albomun xeyrxah bir missiyaya xidmət edəcəyindən isə xüsusilə məmundurlar. Silahlı Qüvvələrimizə Uardım Fonduna gücümüz daxilində dəstək olmaq hamımızın borcumuzdur. Biz də uzun illər zəhmətimizin və əməyimizin məhsulunu onlara hədiyyə etdik və bundan çox məmunuq. İnşallah yaxın zamanlarda bu cür təqdimat mərasimlərini işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, Xankəndində, Şuşada, bütün o gözəl bölgələrimizdə qeyd edək. Bu hamı kimi bizim də ən böyük arzumuzdur.” 

İmzalanma mərasiminə arzu edən hər kəs dəvətlidir.

Bizə qoşulun