Medianews.az
Futbolda görünməmiş hadisə - futbolçu bir oyunda 16 qol vurdu
151 baxış

Futbolda görünməmiş hadisə - futbolçu bir oyunda 16 qol vurdu

Almaniya çempionatında türk oyunçu şou göstərdi.

Almaniyanın paytaxtı Berlində həvəskar liqa matçında “BSV Hürtürkel” öz meydanında “Klub İtaliya”nı qəbul edib.

16-1 hesabı ilə ev sahiblərinin qalib gəldiyi matça türk oyunçu damğa vurub. Belə ki, “BSV Hürtürkel”in türk oyunçusu Səfa Şəntürk komandasının 16 qolunun hamısına imza atıb.

Fərq artdıqca ruhdan düşən rəqibin yorulmasından istifadə edən “BSV Hürtürkel”in digər oyunçuları da Səfanın bütün qolları vurmasına da böyük köməklik göstəriblər.

İlk hissədə 7, ikinci hissədə isə 9 qol vuran Səfa, bombardirlər siyahısında da qollarının sayını 34-ə çatdıraraq liderliyə yüksəlib.

Bizə qoşulun