Medianews.az
Qadın tiryəki elə yerində gizlətdi ki...
115 baxış

Qadın tiryəki elə yerində gizlətdi ki...

 
Türkiyənin Muğla vilayətində narkotik maddələrin daşınması ilə məşğul olan qadın ölüm ayağındadır
 
Milli.Az DHA-ya istinadən bildirir ki, Bodrum rayonunda polis aldığı operativ məlumatdan sonra 36 yaşlı P.C.V.-ni saxlayıb. Həmin qadının narkokuryer olduğu bildirilirdi.
 
İlkin baxış zamanı qadının üstündə narkotik maddələr tapılmayıb. Lakin sonradan qadın polislər baxışa başlayıblar və P.C.V. tiryək daşıdığını etiraf edib.
 
O, polietilen bükülülərdəki tiryəki cinsi orqanında gizləmişdi.
Dərhal xəstəxanaya aparılmış qadının cinsi orqanındakı 6 tiryək bükülüsündən birinin dağıldığı bəlli olub.
 
P.C.V.-nin vəziyyətinin ağır olduğu deyilir. O, xəstəxananın intensiv terapiya bölməsinə yerləşdirilib.
 
Ortakənt polis idarəsindən verilən məlumata görə, qadın cinsi orqanında 20 qram tiryək gizlədibmiş.

Bizə qoşulun