
Səbəb keçilərin patrul maşınına ciddi xəsarət vurması olub. Hadisədən 2 gün əvvəl alınan maşın keçilərin hücumu nəticəsində istifadəyə yararsız hala düşüb.
“The Times of India” xəbər verir ki, polislər maşına hücum edən 12 keçidən ancaq 3-nü saxlaya biliblər. Bundan sonra heyvanlar polis idarəsinə aparılıb. Ancaq onların həbsdə nə qədər qaldıqları barədə məlumat verilmir.
Maraqlıdır ki, bu keçilərin ilk “işi” deyil, ancaq bu dəfə hədlərini aşıblar. Heyvanların sahibinə qarşı da ittiham irəli sürülüb. O, heyvanlarına sahib çıxa bilməməkdə günahlandırılır.