Medianews.az
Sərdar Cəlaloğlu: “İqtidar ideal da olsa hakimiyyətdən getməlidir”
96 baxış

Sərdar Cəlaloğlu: “İqtidar ideal da olsa hakimiyyətdən getməlidir”

“Çünki bu, demokratiyanın tələbidir”

 

“İqtidar hətta ideal da olsa hakimiyyətdən getməlidir. Çünki bu demokratiyanın tələbidir”. Bu sözləri Moderator.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, demokratiya hakimiyyətin mütəmadi surətdə dəyişilməsini nəzərdə tutur və bu məsələdə iqtidarın yaxşı və ya pis olması heç nəyi dəyişmir: “Demokratiya hakimiyyətlərin vaxtaşırı dəyişilməsini tələb edir. Dəyişiklik demokratiyanın əsas tələblərindən biridir. Buna görə də Azərbaycan iqtidarı bunca korrupsioner, rüşvətxor və s. olmasaydı belə, yenə də onun dəyişilməsi zəruri idi. Bu, demokratiyanın təməl prinsiplərindən biridir və hər kəs bu həqiqəti dərk etməlidir. Çünki istənilən demokratiya üçün təhlükə iqtidarların uzun müddət dəyişilməməyindən doğur. Azərbaycanda isə 15-20 ildir ki, eyni iqtidar, eyni nazirlər, eyni nazir müavinləri tutduqları vəzifədə qalmaqdadırlar. Bu gerçək dəyişikliklərin nə dərəcədə zəruri olduğunu göstərir”.

Bizə qoşulun