Medianews.az
Sükan arxasında yatmağa son
290 baxış

Sükan arxasında yatmağa son

Dünyanın ən böyük yük maşınlarını istehsal edən “Caterpillar” firması yorğunluq və yuxusuzluq səbəbi ilə baş verən qəzaların qarşısını almaq üçün yeni texnologiyadan istifadə etməyə başlayıb. Yeni texnologiyanın köməyi ilə sürücüləri kompüter texnologiyası ilə idarə etmək mümkün olacaq. DSS adlı sistemin ən böyük özəlliyi odur ki, sürücülərin xüsusi geyimlər geyinməsinə və eynəklərdən istifadə etmələrinə ehtiyac yoxdur. DSS sürücülərin göz bəbəklərinin böyüklüyünə nəzarət edəcək, onların gözlərini hansı tezlikdə qırpdıqlarına və nə qədər yumulu saxladıqlarına diqqət yetirəcək. Yeni sistemin köməyi ilə yoldakı görmə qabiliyyəti daha da güclənəcək. Sürücü kreslosunun arxasına yerləşdirilmiş qurğu sürücü yatarkən onu oyadır və yolda daha diqqətli olmasına kömək edir. Qiyməti 20 min dollar olan qurğu artıq satışa çıxarılıb

musavat.com 

Bizə qoşulun