
Cinsiyyətini dəyişdirərək Türkiyənin maqazin gündəmindən düşməyən Rüzgar Erkoç artıq özünə sevgili də tapıb.
Teleqraf.com xəbər verir ki, cinsiyətini dəyişdirdikdən sonra hormonal müalicəsini davam etdirən Rüzgar Erkoçların saqqalı çıxıb. Belə ki, ötən gün Rüzgar Erkoçlar sevgilisi Aylin Tunceliylə kafedə jurnalistlər tərəfində yaxalanıb. Birlikdə yaşadıqları evə doğru gedən cütlük şəkillərinin çəkildiyini görüb jurnalistlərə əsəbləşib. Rüzgar hətta jurnalistlərə orta barmağını göstərərək onun həyatına müdaxilə etməməyi tələb edib. Aktyorun sevgilisi Aylin Tunceli onu sakitləşdirməyə çalışıb.
