Çempionlar Liqasının bu mövsüm ən çox qol vuran futbolçusu məlum olub.
Qol.Az-ın məlumatına görə, 12 qola imza atan “Real”ın hücumçusu Kriştianu Ronaldu turnirin bombardiri olub. Bununla portuqaliyalı oyunçu 2008-ci ildən “Mançester Yunayted” forması ilə əldə etdiyi bu uğuru Madrid klubunda da təkrarlayıb.
Qeyd edək ki, ikinci Dortmund “Borussiya”sının futbolçusu Robet Levandovski (10 qol), üçüncü isə “Bavariya”nın hücumçusuTomas Müller (8 qol) olub. Messi isə dördüncü pillə ilə (8 qol) kifayətlənib.