Medianews.az
Həkim 11 diş çəkdi, 14 il iş aldı
203 baxış

Həkim 11 diş çəkdi, 14 il iş aldı

Almaniyada yaşayan diş həkimi 14 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına görə, o, həbsdən çıxdıqdan sonra 2 il diş həkimi işləyə bilməyəcək. Adı açıqlanmayan həkim haqqında həbs qərarı verilməsinin səbəbi isə olduqca maraqlıdır. Məlumatlara görə, sözügedən həkim bir xəstəsinin 11 dişini onun icazəsi olmadan çəkib. Xəstəyə narkoz verən həkim onun dişlərini müalicə etmək əvəzinə 11-ni çəkib. Üstəlik bu, həkimin ilk səhvi deyilmiş. O, bir neçə il əvvəl də yanına gələn bir xəstəsinin 20 dişini çəkib. Məhz bu səbəbdən hakim onun 14 il azadlıqdan məhrum edilməsinə qərar verib 

Bizə qoşulun