Azərbaycan Xarici İşlər Naziri “Nezavisimoya Qazeta”ya müsahibə verib
Prinsipcə diplomatiyada ümidlər hələ tükənməyib. Biz düşdüyümüz bu çətin vəziyyətdən çıxmaq üçün səylərimizi nəinki ikiqat, hətta üçqat artırmalıyıq. Gəlin sual verək, Ermənistanda ictimai sorğu aparaq: onlar bundan nə əldə etdilər? Kim uddu? 2004-cü ildən başlayaraq erməni həmkarım Vardan Oskanyala (Ermənistanın sabiq XİN rəhbəri) eyni zamanda yerlərimizi dəyişərək Azərbaycan və Ermənistanın mövqelərini anlamaq üçün çoxlu görüşlər keçirmişik. Bu, tarixə “Paris prossesi” kimi daxil olub. Bunu Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov “Nezavisimoya Qazeta”ya müsahibəsində bildirib.
Azərbaycan XİN rəhbəri müsabihə zamanı Dağlıq Qarabağ münaiqşəsinin nizamlanması istiqamətində çalışan ATƏT nümayəndəliyinin statusunun aşağı salınması planları ilə ikili standartlarla işlədiyini vurğulayıb: “Misal üçün onların hesabatlarında prezidentliyə namizədin digər namizədi güllələməsi, başqa bir namizədin isə aclıq aksiyası keçirməsi göstərilmir. Onlar seçkilər şəffaf və demokratik keçirildiyini açıqlayırlar. Lakin başqa ölkədəki proseslər mikroskop altında öyrənilir”.
Dağlıq Qarabağın statusuna toxunan Elmar Məmmədyarov deyib ki, dünyada heç bir ölkə, hətta Ermənistanın özü belə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının müstəqilliyini tanımayıb.
“Burada cəfəngiyyat alınır. Qarabağdan milliyyəti azərbaycanlı olan hamını qovdular və dedilər ki, hər bir millətin öz müqəddəratını təyin etmə hüququ var. Bəs, azərbaycanlılar millət deyil? Heç kim millətin öz müqəddəratını təyinetmə hüququ prinsipini inkar etmir, amma BMT nizamnaməsində və Helsinki aktında ərazi bütövlüyü prinsipi qeyd edilib”.