Medianews.az
Yaroslavldakı Mədəniyyət Mərkəzimiz bağlanır?
133 baxış

Yaroslavldakı Mədəniyyət Mərkəzimiz bağlanır?

Rusiyanın Yaroslavl vilayətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bağlanmaq təhlükəsi qarşısındadır. Buna səbəb Mərkəzin yerləşdiyi binanın icarə haqqının şəhər rəhbərliyi tərəfindən qəfildən və bir neçə dəfə artırılmasıdır. 


Yaroslavl qubernatorunun milli məsələlər üzrə müşaviri Aleksandr Timçenko Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatı - “AzərRos”un mətbuat xidmətinə müsahibəsində bunu təsdiqləyib. 

Məsələyə münasibət bildirən A.Timçenko bildirib ki, təkcə Azərbaycan Mədəniyyət Mərkəzi yox, bir sıra ictimai təşkilatlar eyni problemlərlə üzləşiblər: “İcarə haqqının qəfildən və çox miqdarda qaldırılması belə bir problem yaradıb. Yaroslav bələdiyyəsi belə bir siyasət yürütməyə məcbur olub. Şəhər büdcəsindəki kəsirlər bu tədbirləri vacib edib. Biz - dövlət orqanları bu vəziyyətdən çıxış yolu və Azərbaycan Mədəniyyət Mərkəzinin saxlanması barədə fikirləşməliyik. Və biz bu haqda fikirləşirik. Həll variantlarından biri Yaroslavlda Dostluq Evi yaratmaqdır. Burada təşkilatlar icarəyə vəsait sərf etmədən ictimai fəaliyyətlə məşğul ola bilərlər. Ancaq mən öz ofisi, binasının olmasını istəyən təşkilatları da başa düşürəm. Ümid edirəm ki, Yaroslavlın problemləri həllini tapacaq”.

Qeyd edək ki, Yaroslavlda azərbaycanlıların milli-mədəni muxtariyyatının regional təşkilatının bu günlərdə keçirilən 15 illik yubileyində də bu məsələyə toxunulub. “AzərRos”un Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasovun tədbir iştirakçılarına təbriklərini ünvanlandığı tədbirdə bölgələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinin vacibliyi vurğulanıb. 

 

aznews.az

Bizə qoşulun