
Lo Qanın 5 yaşı olanda onu oğurlamışdılar.
Həyətdə oynayan Lonun qəflətən yoxa çıxmasını anası 2 saat sonra bildi.
Qadın polisə yollandı, polis uşağı axtarmağa başladı.
Amma Lo tapılmadı.
Onu doğma Yaojiaba şəhərindən 1500 km uzaqda, Yuzyan vilayətində yaşayan ailə bəslədi, böyütdü.
Lakin 23 il sonra Lo əsl ata-anasına qovuşdu.
Guangan bölgəsini artıq unutmuş Lo qəzetlərdən birində oxudu ki, Yaojiaba şəhərindəki ailə 23 il əvvəl 5 yaşlı oğlunu itirib.
"O xəbəri oxuyandan sonra sanki ürəyimə nə isə damdı. Hər axşam yatmazdan əvvəl uşaqlıq illərim gözümün qabağına gəlirdi. Doğulduğum şəhəri xatırlamağa çalışırdım. Google Map-da o şəhəri axtardım, tapdım və gördüm. İki körpünü tanıdım. Sonra şəhərə yollandım və atamla anamı gördüm", - Lo Qan deyib.
Lonun anası 23 il ərzində oğlunu gözlədiyini, övladının günlərin birində qayıdacağına şübhə etmədiyini deyib.