Medianews.az
Türk ailənin uşağı zənci doğuldu
175 baxış

Türk ailənin uşağı zənci doğuldu

 

 

Türkiyədə qeyri-adi hadisə verib. Belə ki, ölkədə kifayət qədər tanınan nüfuzlu ailələrdən birinin qızı həmvətəni olan həyat yoldaşından zənci uşaq dünyaya gətirib. 

Bir neçə ay bundan əvvəl bu cütlüyün toy mərasimi bütün ölkədə böyük maraqla qarşılanmışdı. Dəbdəbəli ziyafətdən sonra imkanlı ailənin qızının hamilə olması xəbəri yayılıb. Valideynlər körpənin ABŞ-da dünyaya gəlməsinə qərar veriblər. Bu görə də cütlük bir neçə gün öncə Amerikaya yollanıb. 

Hadisələr xoşbəxt sonluqla bitməyib. Çünki oğlanın ailəsi dünyaya gəlmiş körpənin zənci olduğunu görüncə şoka düşüblər. Çox keçməyib ki, qız uşağın həyat yoldaşından olmadığını etiraf edib. 

Sən demə, toydan bir müddət əvvəl gənclər subaylığa vida etmək üçün dostlarını başlarına toplayıb əyləniblər. Həddən artıq spirtli içki qəbul edən qız ziyafətdəki zənci rəqqaslardan biri ilə yaxınlıq edib. Səhəri gün ayılanda heç nə xatırlamayan qadın baş verənləri zənci körpəni görüncə yadına salıb. Həyat yoldaşı onu Amerikadaca qoyub Türkiyəyə qayıdıb. Hazırda körpə qızın ailəsinin himayəsi altındadır.

Bizə qoşulun