Medianews.az
Atanın öz qızına verdiyi işgəncə hər kəsi şoka saldı
249 baxış

Atanın öz qızına verdiyi işgəncə hər kəsi şoka saldı

 

 

O, 5 il ərzində övladının dərisini qaynar suyla pörtlədib, dodaqlarını iynəylə tikib və barmaqlarını əzib

Çində bir atanın 5 il boyunca öz qızına verdiyi işgəncə hər kəsi şoka salıb. Teleqraf.com-un xəbərinə görə, doğma ata 5 il boyunca 11 yaşlı qızı Xiao Linin dərisini qaynar suyla pörtlədib, dodaqlarını iynəylə tikib və barmaqlarını əzib.

Ailəsi tərəfindən hələ körpə vaxtlarında tərk olunan Li bir müddət qohumlarının yanında qalıb. Şəhərin başqa səmtinə köçdüyü deyilən atası bir gün geri qayıdaraq qızını yanına aparıb və bununla da balaca Linin həyatı cəhənnəmə çevrilib.

Uzun müddət davam edən işgəncə səbəbindən bədəninin hər yeri yara olan balaca qızın qurtuluşu isə yolda qarşılaşdığı yad bir adamın vasitəsiylə olub.

Küçədə gördüyü qızın kim olduğunu araşdırmağa başlayan bir adam Linin atası tərəfindən işgəncəyə məruz qaldığını, hətta məhəllə sakinlərinin də bundan xəbərləri olmasına baxmayaraq, qorxularından müdaxilə edə bilmədiklərini öyrənib. Dərhal polisə xəbər verən adam hadisənin gün işığına çıxmasına səbəb olub.

Balaca qızcığaz nəzarət altına alınıb. Onun qəddar atasının alacağı cəza hələlik açıqlanmayıb.

Bizə qoşulun