
Prezident Nikolas Maduro təhlükəsizlik tədbiri üçün belə sərəncam verib
Venesuela prezidenti Nikolas Maduro ölkədə təhlükəsizliyin təmin olunması məqsədilə irimiqyaslı əməliyyatın keçirilməsi barədə sərəncam verib.
Sərəncama əsasən 3 min hərbçi paytaxt Karakasda, eləcə də digər şəhərlərdə küçələrə nəzarəti gücləndirəcək. Prezident Maduronun sözlərinə görə, “Təhlükəsiz vətən” adlandırılan əməliyyat ölkəyə sabitlik və əmin-amanlıq gətirməlidir.
Qeyd edək ki, Venesuela Cənubi Amerika ölkələri arasında cinayət səviyyəsinə görə yüksək yerlərdən birini tutur. Venesuela müxalifəti də dəfələrlə hökuməti zorakılığa qarşı mübarizə apara bilməməkdə ittiham edib.