Medianews.az
Turqut Qəmbər və Əbülfəz Qurbanlı azadlığa çıxdı (FOTO)
226 baxış

Turqut Qəmbər və Əbülfəz Qurbanlı azadlığa çıxdı (FOTO)

“Nida” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər və AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı bu saatlarda azadlığa çıxıb.

Onlar aprelin 30-da “Terrora yox!” şüarı ilə keçirilən aksiya zamanı saxlanılmışdılar. Gənclərə 10 sutkalıq həbs kəsilmişdi. Mayın 10-da onların sutkalıq inzibati həbs müddəti başa çatıb və saat 22-də azadlığa buraxılıblar.

Qeyd edək ki, həmin aksiyada həbs edilmiş “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin isə həbs müddəti mayın 15-də bitəcək.

Bizə qoşulun