Medianews.az
Kişilər belə qadınlardan qaçır
143 baxış

Kişilər belə qadınlardan qaçır

Kişilərin xoşlamadıqları qadın tipləri məlum olub. Bir kişi sizdən birdən soyuyur, uzaqlaşırsa bəlkə də səbəbi bunlardan hər hansısa biridir. Bu səbəblər hər nə qədər ilk baxışda sadə kimi görünsə də, əslində kişilər, həqiqətən də, bunlara diqqət yetirir. Budur kişilərin mərhəmətsiz etirafları...

Bir qadın əgər:

Uşaq kimi danışıb dayanır, beləcə sevimli olduğunu və hər istədiyini etdirə biləcəyini düşünürsə;

Bədən tüklərini təmizləməkdə həssas deyilsə, qollarında və əllərində tüklər varsa;

Bir cəmiyyətdə, xüsusilə, çox adamın olduğu yığıncaqlarda davamlı özünü göstərməyə çalışır, çox danışır və diqqəti cəlb etməyə çalışırsa;

Həddindən artıq makiyaj və bəzəyi sevir, necə gəldi hər mühitdə və zamanda bəzənirsə;

Öz pulunu özü qazanmaq yerinə, buna imkanı olduğu halda kişidən pul gözləyir, hər problemi kişiyə yıxırsa;

Təbiilikdən uzaqdırsa, süni danışmalar və davranışlar göstərirsə.

Bir kişi kimi həddindən artıq spirt qəbul edib sərxoş olur və sərxoşluğun təsirindən özünü itirirsə, kişilər tərəfindən cazibəsini itirir.

Kişilərə görə, bir qadın gözəl bir zarafata gülmürsə, o qadın həyatı çox ciddi qəbul edir. Gülmək üçün hər bir fürsət qiymətləndirilməlidir deyən kişilər çox ciddi qadınlardan uzaqlaşır.

Bizə qoşulun